!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səbailli yeniyetmələr Qusara istirahətə göndərildi

!Reklam – Yazi

1439803984_s1Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində bu il növbəti layihə həyata keçirilmişdir.

«Sahil bağı»nda start verilən və 2-ci dəfə keçirilən növbəti tədbir Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə layihədir. Gənclərin sağlam böyüməsi, idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri – ümumilikdə 150 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» istirahət düşərgəsi yaradılmışdır.

Səbail rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul nümayəndələri, düşərgəyə yollanan yeniyetmələr, onların valideynləri, rayondakı orta məktəblərin direktorları, hərbiçilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Sahil bağı»ndayola salınma mərasimi keçirilmişdir.

Tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanmışdır.

Yolasalma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışmış, qeyd etmişdir ki, bu ayın əvvəlində RİH və Daxili Qoşunların birgə layihəsi çərçivəsində artıq 10-cu dəfə 200 yeniyetmə Qubada təşkil olunmuş «Şahinlər» yay istirahət düşərgəsində istirahət etmişdir. Qusar rayonunda isə 2-ci dəfədir ki, belə düşərgə yaradılır. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada təşkilatçılar tərəfindən yeniyetmələrin istrahəti üçün hər cür şərait yaradılmışdır. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaradacaqdır.

Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Müdafiə Nazirliyinin Qusar şəhərindəki «N» saylı hərbi hissəsi tərəfindən bütün hazırlıq işləri görülmüşdür.

Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar hərbi hissənin döyüş texnikası və silahları ilə tanış olacaq, hərbi təlimlərdə və idman yarışlarında iştirak edəcəklər.

Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuşvə əsgərlərindən ibarət qrup məşğul olacaq, hərbiçilər hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər.

Düşərgədə istirahət edən yeniyetmələrin həmçinin Qusar rayonunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyaları təşkil olunacaqdır ki, bu da məktəblilərin respublikamızın regionları ilə yaxından tanış olmalarına böyük kömək olacaqdır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Rasim Əliyev çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışdı və uşaqlara xoş istirahət arzuladı.

Müdafiə Nazirliynin orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək Qusar rayonuna yola düşmüşlər.

Yola düşməzdən əvvəl «Gənc Heydərçilər» «Fəxri Xiyabanda» Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək abidə önünə çiçək dəstələri düzmüşlər

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv