!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səbinə Əliyeva: “Məktəblərin qızdırılması üçün əlavə vəsait ayrılsın”

!Reklam – Yazi

“Azərbaycanın bir sıra bölgələrində soyuqların tez düşməsi məktəblərdə uşaqların xəstələnməsinə və tədrisdən yayınmasına səbəb olub. Bunu nəzərə alaraq qış mövsümünə keçidin vaxtının havanın tempraturuna uyğun tənzimlənməsi və məktəblərin qızdırılması üçün əlavə vəsait ayrılmasını təklif edirəm”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Ombudsman Səbinə Əliyeva deyib.

“Bundan başqa, məktəblərdə əsas tədris vəsaitləri ilə yanaşı, əlavə tədris vəsaitlərinin də büdcə hesabına maliyyələşdirilməsinə, şagird sayına uyğun psixoloq ştatlarının sayının artırılmasına, peşəkar psixoloqların işə cəlb edilməsinə, yeni tələbə yataqxanalarının inşa edilməsinə ehtiyac var”, – o qeyd edib.

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv