Səbinə Salmanova: “Azərbaycan qlobal miqyasda da etibarlı tərəfdaşdır”

media-hightechnic-468x90

Azərbaycan yalnız Cənubi Qafqazda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi tanınır.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Deputat vurğulayıb ki, avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında görüş yalnız Azərbaycan üçün deyil, region üçün də böyük önəm daşıyır:

“İmzalanmış Birgə Bəyannamə diplomatik sənəd olmaqla yanaşı, həm də Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcı, qalib Azərbaycan xalqının və tarixi ədalətin təntənəsidir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş suverenlik və ərazi bütövlüyü prinsiplərinin təsdiqidir. Azərbaycan Vətən müharibəsində BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququndan istifadə edərək tarixi ədaləti bərpa etdi. Bizim tarixi qələbəmiz həm də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasının təmin olunması demək idi”.

media-img_9667

Səbinə Salmanova

 

S.Salmanova qeyd edib ki, Vaşinqton Bəyannaməsinin mühüm məqamlarından biri də ATƏT-in Minsk qrupunun və onun kölgəsində fəaliyyət göstərən qurumların tarix səhnəsindən silinməsidir.

Deputat bu qərarın həm də Helsinki Yekun Aktının (1975) suveren bərabərlik, sərhədlərin toxunulmazlığı və gücdən istifadənin yolverilməzliyi prinsiplərinə tam uyğun olduğuna diqqət çəkib:

“Vaşinqton Bəyannaməsində təsbit olunan Zəngəzur dəhlizi  sadəcə yol deyil, bu, Azərbaycanın tarixi coğrafi bütövlüyünün bərpası, Türk dünyasının qovuşması, yeni siyasi, iqtisadi və mədəni xəritənin açılmasıdır. Artıq Azərbaycan yalnız Cənubi Qafqazda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi tanınır. Hesab edirəm ki, Vaşinqtonda imzalanmış bu tarixi sənəd Azərbaycanın yeni zəfərlər yolunun siyasi başlanğıcıdır. Bütün dünya bir daha şahid olsun ki, Azərbaycan xalqı öz lideri ilə qürur duyur, dövlət başçısı İlham Əliyev isə xalqımızı yeni tarixi zirvələrə aparır”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa