!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səbri sınananlar, aclığa tab gətirənlər: Tanınmışlardan kimlər ORUC TUTUR? - SORĞU

!Reklam – Yazi

Müqəddəs Ramazan ayıdır. Hər kəs çalışır bu mübarək ayda oruc tutub, savab əməllərinin sayını artırsın.

Bəs görəsən, tanınmışlar oruc tuturmu?

Yenicag.az sorğunu təqdim edir:

Allahverdi Yolçuyev, aktyor:

– Səhhətimlə əlaqədar oruc tutmuram. Çünki mütəmadi dərman qəbul edirəm.

Vüsalə Kərimova, aparıcı:

– Hər il oruc tuturam. Bu il də Ramazan ayı başlayandan oruc tutmuşam.

Sevinc Ağaşirinova, müğənni:

– Yox, oruc tutmuram.

Fira Cəlilova, aparıcı:

– 10 ildən artıqdır ki, oruc tuturam. Hər il olduğu kimi bu il də tutmuşam. Oruc həm səbrimizi, həm də Allaha olan sevgimizi sınağa çəkir. Həm sağlamlığımızı qoruyuruq, eyni zamanda da səbrimizi sınağa çəkirik.

Şəbnəm Əliyeva, aktrisa, aparıcı:

– Oruc tutmuram, çünki çox vaxt iftar zamanı çəkilişlərdə, ya yolda oluram. Onsuz da gün ərzində elə olur ki, heç yemək yeməyə vaxt tapmıram və buna görə heç nə yemirəm. Nənəm deyir, sən elə hər gün orucsan.

İlham Əsədov, aktyor, əməkdar artist:

– 12 yaşımdan Oruc tuturam. Bu Ramazanda da həvəslə orucumu tuturam. Oruc həm də sağlamlıqdır.

 

Aydan Ağayeva, aktrisa:

– Uşaq vaxtı oruc tuturdum. Həmin vaxt ailəlikcə oruc tuturduq. Amma sonradan səhhətimlə bağlı tutmadım. Həm də ac qala bilmirəm.

 

Cəvahir

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv