Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Sədərək”də nə qədər ərazi yanıb? – Nazirlikdən AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi ötən gün “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

Nazilrikdən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.yenicag.az

2553