“Sədərək”dəki yanğın bu ərazilərə də keçdi - 22 mağaza kül oldu - FOTO/VİDEO
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzindəki yanğın ayaqqabı satılan sıraya da keçib. 22 mağaza tam yanıb, 8 mağazaya isə söndürülərkən ziyan dəyib.
Hazırda yanğın söndürülsə də, qara tüstü qatı hələ də çəkilməyib. Qatı tüstüyə səbəb ayaqqabıların yanmasıdır.
Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın nəticəsində hazırda həmin ərazidə güclü tıxac yaranıb. Şəhərə gələn avtobuslar istiqamətini dəyişib.
Hadisə yerindən ən son videonu təqdim edirik:
Cəvahir