!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəfaf və hesabatlı olmayan ORQANLAR: "Qurumlar düzgün işləsə də, xalq inanmayacaq" - Sülhəddin Əkbər

!Reklam – Yazi

“Ölkədə inhisarçılığın, korrupsiyanın, gizli iqtisadiyyatın olduğunu nəzərə alsaq, əsasən hakimiyyət dairələrinə bağlı olan sahibkarlar qazanclı çıxırlar”.

Bunu son vaxtlar qiymət artımı və dövlət qurumlarının dövlət büdcəsinə “kim daha çox vəsait verəcək” yarışının içərisində olmasına münasibət bildirən Azad Demokratlar Partiyasının rəhbəri Sülhəddin Əkbər Yenicag.az-a açıqlamasında deyib.

sulheddin

Sülhəddin Əkbər bildirib ki, şəffaflıq və hesabatlılıq olmadığı üçün dövlət qurumları düzgün işləsə də xalq inanmayacaq:

“Qiymət artımı və inflyasiya dünya üzrə gedir. Ekspertlər bunu COVID-19 pandemiyası ilə əlaqədar tədarük sistemində pozulmalarla və iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Qeyd edirlər ki, tədarüklə bağlı problemlər bir müddətdən sonra bərpa olunsa da, iqlim dəyişikliyi ilə bağlı əmtəələrin qiymətində artım olacaq.

Bunu nəzərə alaraq, ölkədə kənd təsərrüfatının inkişafına investisiya qoyulmalıdır. Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Ölkəmizin bu baxımdan zəngin təcrübəsi də var. Kənd təsərrüfatına investisiya qoymalıyıq ki, ərzaq təhlükəsizliyini təmin edə bilək və qiymət artımında ölkə əhalisini qoruya bilək.

Qiymət artımında hər zaman sahibkarlar udurlar. Azərbaycan demokratik seçki keçirmədiyinə görə, bütün hakimiyyət orqanları şəfaf və hesabatlı deyil. Şəffaflıq və hesabatlılıq olmadığına görə də, daimi əhli arasında cəmiyyətdə dövlət qurumlarının fəaliyyəti ilə bağlı şübhələr dolaşır, hətta onlar düz işləsələr belə. Əgər qanuni şəkildə yığımlar olursa və bunun da şəffaf hesabatı verilərsə əhalidə şübhə yaranmaz. İlk növbədə hökumət açıqlıq, şəffəaflıq və hesabatlılığı təmin etməlidir. İndiki dövrdə bunu qeyri-mümkün hesab edirəm. Bunun üçün demokratik seçki şərtdir.

Azərbaycanda hökumət qurumlarına inam olmadığı üçün insanlar daim günahı onlarda görəcək”.

Səxavət Məmməd

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv