Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Səfər Mehdiyevin 115 faizlik “YIĞIMI”: “Bu, süni qiymət artımının sübutudur” - REAKSİYA

Reklam: High Technic

“Süni qiymət artımı proqnozu ilə vətəndaşların ümumi vəziyyətini pisləşdirmək uzaqgörən siyasət deyil”.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, rəhbərlik etdiyi qurum cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 faiz əməl edib. Nəticədə nəzərdə tutulan proqnozdan əlavə 77,74 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

Bununla bağlı sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında qeyd edib ki, büdcəyə nəzərdə tutulan öhdəlikdən əlavə vəsaitin köçürülməsi sahibkarların və bəyannamə qiymətlərinin artırılması hesabına baş verib:

“Əslində, komitənin açıqladığı rəqəmlər bir daha sübut edir ki, proqnoz göstəricilərinin artırılması xətrinə idxaldan olan gömrük rüsumlarının əlavə dəyər vergisi və gömrük xidmətləri ilə bağlı digər əlavələr sahibkarların hesabına, o cümlədən, bəyannamə qiymətlərinin süni şəkildə artırılması yolu ilə aparılır.

Çünki bütün ölkələrdə idxalla bağlı xarici iqtisadi əlaqələr müşahidə olunub. Məlumdur ki, pandemiya dövrü və iqtisadi böhranla əlaqədar çox ciddi problemlər mövcuddur. Belə bir vəziyyətdə Azərbaycanda proqnoz göstəricilərinin artımı sual doğurur. Bu, süni qiymət artımının baş verdiyini sübut edir.

Pandemiya dövründə bu şərait vətəndaşlara iqtisadi cəhətdən ziyan vurur. Reallıq budur ki, vacib gömrük sisteminin iqtisadi siyasəti hədəflərə çatmayıb. Əgər dövriyyə artırsa, deməli, ölkə daxilində istehsal azalıb. Ona görə də tələbat xarici istehsalçıların hesabına ödənilir. Əgər rüsum və vergi artmayıbsa, bu, süni artımdır. Bu addımın mütləq əks təsirləri olacaq”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

1694
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100