Səfərovun məhkəməsi: Vəkilin vəsatəti təmin edildi

media-hightechnic-468x90

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili müvəkkilinin onunla yanaşı əyləşməsinə şərait yaradılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib.

Daha sonra R.Səfərov dövlət ittihamçısının dələduzluq ittihamı, həmçinin zərərçəkmiş Natiq İmamqulyevə xəsarət yetirilməsi iddiası ilə bağlı məsələlərlə bağlı sualları cavablandırıb.

Növbəti proses sentyabrın 29-da davam edəcək.

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib. Rüfət Səfərov isə onu tanımadığını deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) 127.2.3-cü (ümumi təhlükəli üsulla və yaxud xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa