!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəffaf “Yüksəliş” – Müsabiqədə ədalətli rəqabət necə təmin edilir?

!Reklam – Yazi

Müsabiqədə ədalətli rəqabət necə təmin edilir?

Söhbət o müsabiqədən gedir ki, ölkənin gələcək kadr bazasını təşkil edəcək ən güclü, ən peşəkar idarəçilərin axtarışına çıxıb. Müsabiqənin qeydiyyat mərhələsi 2019-cu il dekabrın 27-dən başlandı və 2020-ci il fevralın 2-də tamamlandı. Bu müddətdə 11.760 nəfər qeydiyyatdan keçdi. Onlardan 9.775 nəfər müsabiqəyə qəbul edildi. 16 fevral tarixində müsabiqənin Onlayn mərhələsinin ümumi biliklər üzrə ilk imtahanında isə 7.701 nəfər iştirak etdi. Müsabiqənin qaydaları və mərhələləri elan olunduğu gündən namizədləri ən çox maraqlandıran məqamlardan biri də şəffaflığın təminatı, digər mərhələlərə ədalətli yolla keçməklə bağlı məsələlər oldu.

Təşkilat Komitəsi tam şəffaflığı necə təmin edəcək?

İlk imtahanı bir neçə gün öncə başa vuran müsabiqənin İşçi qrupu bu məsələ ilə bağlı narahatlıq yaşayan iştirakçılara tam əminliklə zəmanət verir, baxmayaraq ki, Onlayn mərhələdə iştirakçının dost və tanış köməyindən, yaxud əlavə internet resurslardan istifadə ehtimalı var. Ancaq bu qeyri-ciddi yanaşma sonrakı mərhələdə işə yaramır. Çünki əyani mərhələyə keçən bütün namizədlər yenidən yoxlama testlərinə cəlb ediləcək. Bu yoxlamada iştirakçı əvvəlki nəticəsinin ən azı 70 faizini göstərə bilməsə, müsabiqədən kənarlaşdırılacaq. İştirakçılar nəzərə almalıdırlar ki, əyani mərhələdə ümumi erudisiya, məntiqi düşüncə ilə yanaşı, onların sosial intellekti, düşünmə sürəti və kommunikativ bacarıqları da yoxlanılacaq. Hər bir halda bu üstünlükləri olmayan insanları qısa müddətdə ayırd etmək mümkün olacaq.

Onlayn mərhələnin imtahanlarını Dövlət İmtahan Mərkəzi təşkil edir

Müsabiqənin təşkilində şəffaflığın gözlənilməsi üçün texniki tapşırıqların həlli də xüsusi gözlənilib. Belə ki, qeydiyyat prosesi, proqram təminatı və imtahan suallarının hazırlanması müxtəlif strukturlar tərəfindən həyata keçirilib. Bu isə texniki baxımdan da nəticələrə müdaxiləni istisna edir. Eyni zamanda, müsabiqənin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də daxil olmaqla təşkilatçılara sualları öncədən bilmək imkanı yaratmır. Fərhad Hacıyev də müsahibələrində şəffaflıqla bağlı məsələlər haqqında danışarkən xüsusi qeyd edir: “Müsabiqənin Təşkilat Komitəsi tam şəffaflığa zəmanət verir. Həmçinin bu təminata görə layihəni bu məsələdə böyük təcrübəyə malik Dövlət İmtahan Mərkəzi ilə birgə həyata keçirir. Bizim belə bir razılığımız var, imtahanlar zamanı suallardan xəbərdar olan insanların ətrafı ilə təması tamamilə məhdudlaşdırılır”.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev də imtahanların qurum tərəfindən şəffaf və ədalətli seçim əsasında aparıldığını deyib: “Onlayn mərhələnin həm ümumi biliklər, həm də qabiliyyət imtahanı üçün hər birinə 1000-dən yuxarı tapşırıqdan ibarət bank yaradılıb. Biz fevralın 16-sı keçirilən imtahan üçün 3 gün əvvəldən qapalı iş rejiminə keçdik. Bu müddətdə xüsusi proqram köməyi və verilmiş təsadüfi ədəd vasitəsilə sözügedən tapşırıqlar bankından suallar çıxarıldı. Həmin tapşırıqlar üzərində nəzərdə tutulan emal prosesi aparıldı. Yəni ki, işin bu formada təşkili bizim şəffaflığın təminatına zəmanətimizdir”.

Onu da qeyd edək ki, Onlayn mərhələnin imtahanlarında sualların cavablandırılmasına vaxt məhdudiyyəti qoyulması da, iştirakçıların kənar köməkdən istifadəsini maksimal şəkildə azaldır. Amma ən əsası, İşçi qrupu müsabiqə iştirakçılarına yüksək etimad nümayiş etdirərək, onların yalnız öz bilik və qabiliyyətlərinə arxalanacaqlarına inanır. Axı gələcəyin idarəçiləri həm də dürüstlük keyfiyyətinə malik olmaqla əksəriyyətin etimadını qazana bilməlidir.

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv