!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfir: ABŞ Azərbaycana 1,3 milyard dollar yardım göstərib

!Reklam – Yazi

ABŞ 25 ildə Azərbaycana 1,3 milyard dollar yardım göstərib.

Yeniçağ.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu ABŞ səfiri Robert Sekuta Azərbaycan-ABŞ arasında diplomatik münasibətlərin 25 illiyinə həsr edilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu yardım Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən şəxslərə, eləcə də yeni biznes qurmaq istəyən sahibkar və fermerlərə verilib.

Səfir bildirib ki, ABŞ Azərbaycanın güclü, stabil, müstəqil, çiçəklənən və demokratik ölkə olmasında maraqlıdır.

Diplomat deyib ki, göstərilən dövr ərzində 6 min azərbaycanlı müxtəlif proqramlar çərçivəsində ABŞ-da təhsil alıb.
Bununla yanaşı ABŞ-ın müəllimləri Azərbaycanda müxtəlif təhsil müəssisələrində dəstək göstəriblər:

“ABŞ-ın sülh korpusunun 600 könüllüsü burda ingilis dilinin tədrisində iştirak edib”.

R.Sekuta həmçinin əlavə edib ki, Vaşinqton enerji resurslarının diversifikasiyasında həmişə Bakını dəstəkləyib:

“Azərbaycanla enerji layihələri üzrə daimi məsləhətləşmələr aparırıq. Bu layihələr Avropa və qlobal enerji təhlükəsizliyi üçün vacibdir”.

Yeniçağ.Az

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv