Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Səfir Həsən Zeynalova “İlin ən fəal səfiri” mükafatı təqdim olundu - FOTO

Reklam: Sinerji Pro

“İslahatçı Gənclər” İctimai Birliyi Editor.az İnformasiya Portalı ilə birlikdə 2019-cu ilin yekunları ilə əlaqədar olaraq, müxtəlif şəxs və qurumların fəaliyyətinə ictimai rəyi öyrənmək məqsədi ilə virtual sorğuları keçirib.

Bu çərçivədə ölkəmizi müxtəlif ölkələrdə təmsil edən səfirlərimizin fəaliyyətinə internet istifadəçisi olan vətəndaşların münasibətini öyrənmək məqsədi ilə keçirilən “İLİN ƏN AKTİV SƏFİRİ” virtual sorğusu başa çatıb.

6 gün davam edən virtual sorğunun nəticəsinə əsasən Azərbaycan Respublikasının Türkmənistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Həsən Zeynalov İLİN ƏN AKTİV SƏFİRİ seçilib.

Səfir Həsən Zeynalov mükafata Azərbaycanla Türkmənistan arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği, bu ölkədə yaşayan və işləyən azərbaycanlıların hüquqlarının qorunması işində səmərəli fəaliyyətinə görə layiq görülüb.

İLİN ƏN AKTİV SƏFİRİ Fəxri Mükafatı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı tərəfindən Azərbaycan Respublikasının Türkmənistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Həsən Zeynalova təqdim edilib./Editor/

www.yenicag.az

369