Səfirdən terrorçunun cəzalandırılması ilə bağlı açıqlama

media-hightechnic-468x90

Səfir Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzasına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə səfir öz “Twitter” səhifəsində yazıb.

“Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzası verilib və dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılıb. Ədalətin zəfərini qeyd edək və təcavüzkar hərəkətləri pisləyək,” – L.Abdullayeva bildirib.

Xatırladırıq ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliynə qarşı hücum cəhdi olunub və nəticədə Səfirliyin binasına zərər yetirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa