Səfirlik ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına müraciət etdi - FOTO
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki diplomatik missiyasının “X” sosial şəbəkədəki paylaşımında qeyd olunub.
“7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Səfirliyimizdə seçki məntəqəsi yaradılmışdır. ABŞ-də daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız 7 fevral 2024-cü il saat 8:00AM-7:00PM (EST) arası etibarlı Azərbaycan Respublikası ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə Səfirlikdə yaradılmış məntəqədə öz səsvermə hüquqlarından istifadə edə bilərlər”, – paylaşımda diqqətə çatdırılıb.
https://twitter.com/azembassyus/status/1753110869817557448?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1753110869817557448%7Ctwgr%5Ede9acd0da6295f174010dd315437cac1f376f41d%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Foxu.az%2Fpolitics%2F833451