!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid Ağabala ölümündən əvvəl kimdən halallıq istəyib?- Atasından ÜRƏKDAĞLAYAN SÖZLƏR / VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı Vətən müharibəsində şəhid olan Ağayev Ağabala İlqar oğluna həsr olunub.

Yenicag.az xəbər verir ki, çəkiliş şəhidin doğulub boya-başa çatdığı Şabran rayon Çölquşçu kəndindəki evlərində baş tutub. Tanınmış müğənni Şahin İsmayılov də şəhid ailəsini ziyarət edib.

Atası İlqar oğlu ilə bağlı xatirələrini bölüşüb, şəhidin son arzusunu dilə gətirib.

Qeyd edək ki, Ağabala Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində vuruşub. Ağabala Ağayev Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 13-ü 23 yaşında Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Ağabala Ağayev oktyabrın 14-də Çölquşçu kəndində dəfn edilib.

“Vətən uğrunda”, “Füzulinin azad olumasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Videonu təqdim edirik:

Sara Safur
Cəvahir
Gündüz

www.yenicag.az

1381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv