Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Şəhid ailələrinin sosial problemləri gündəmə gətirildi - FOTOLAR

Bu gün “Qadın Konsensus Mərkəzi” İctiami Birliyinin dəstəyi ilə “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” adlı ictimai müzakirə təşkil olunub.

Yenicag.az xəbər verir ki, tədbirin əvvəlində Mərkəzin rəhbəri Aynur Camalqızı həyata keçirilən layihə barəsində müzakirə iştirakçılarına ətraflı məlumat verib.

O, şəhid ailələrinin sosial məsələlərini ictimailəşdirməyin, onlara birdəfəlik müavinətlərin ödənilməsinin və şəhidlərimizin qəhramanlıqlarının sosial mediada geniş işıqlandırılmasının vacibliyini önə çəkib.

Tədbirdə çıxış edən aprel şəhidi Raquf Orucovun xanımı Sevinc Orucova şəhid ailələrinə tək dövlətin deyil, hər bir Azərbaycan vətəndaşının dəstək verməli olduğunu vurğulayıb.

İctimai müzakirədə ölkənin bir sıra ictimai-siyasi xadimləri, media təmsilçiləri, QHT nümayəndələri və şəhid ailələrinin üzvləri də iştirak ediblər.

Firuz Asanov

www.yenicag.az

1605