!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid atası: “Allaha dua edirdim ki, tabutda balamı tanıya bilim” - VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı Vətən müharibəsində şəhid olan Samir Abasov Adəm oğluna həsr olunub.

Yenicag.az xəbər verir ki, çəkiliş şəhidin doğulub boya-başa çatdığı Şabran rayon Uzunboyad kəndindəki evlərində baş tutub. Tanınmış müğənni Şahin İsmayılov da şəhid ailəsini ziyarət edib.

Atası Adəm Abasov şəhid oğlu ilə bağlı xatirələrini bölüşüb və övladının arzularını dilə gətirib.

Qeyd edək ki, Samir Abasov 2001-ci il avqust ayının 24-də Uzunboyad kəndində doğulub. Azərbaycan Ordusunun əsgəri olan Abasov Samir 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.

Şəhid Şabran rayonunun Uzunboyad kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Sara Safura
Cəvahir
Cavid

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv