Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şəhid hərbçimizin təltif olunduğu medal ailəsinə təqdim olundu

Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçusu Yüzbəyov Əmrah Aydın oğlunun təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı bu gün ailəsinə təqdim edilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gün bununla bağlı şəhidin məzarı önündə tədbir keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları 2016-cı il mayın 3-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Ə.Yüzbəyovun həyat yolundan, onun qəhrəmanlığından danışıblar. Daha sonra şəhidin layiq görüldüyü medal atası Aydın Yüzbəyova təqdim olunub.

Şəhidin atası torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini bildirib.

www.yenicag.az

710
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS