Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəhidimizin nəşi Bərdəyə gətirildi - YENİLƏNDİ/FOTO

Dövlətət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayevin nəşi bu gün doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilib.

Yenicag.az xəbər verir ki, onun meyiti ailəsinə təhvil verilib.

Əsgər bu gün Bərdə rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.

Hazırda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və hüquq-mühafizə orqanlarının əməkdaşları şəhidin yaşadığı evdədirlər.

***

Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən döyüş məntəqəsində odlu silahdan açılan atəş nəticəsində həlak olan əsgər Qarayev Eltun Elman oğlu bu gün dəfn olunacaq.

Yenicag.az xəbər verir ki, mərhum Bərdə rayonunun Qazıqurdalı kəndində torpağa tapşırılacaq.

Xatırladaq ki, bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

 

Loading...

www.yenicag.az

1228
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100