Siyəzən şəhəri, Gənclik qəsəbəsi, şəhid Nazim Əsədov adına 4 saylı məktəb qəzalı vəziyyətə düşüb.
Yenicag.az xəbər verir ki, valideynlər uşaqlarının yararsız vəziyyətdə olan məktəbdə oxumalarından ciddi narahatdırlar.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən bildirilib ki, 2023-cü ildə həmin məktəbin sanitar qovşaqlarının təmiri, qapı və pəncərələrinin dəyişdirilməsi, qəzalı hissələrində isə bərpa-gücləndirmə işlərinin aparılması planlaşdırılıb.
Qeyd edək ki, Nazim Hacı Əzizbala oğlu Əsədov 1974-cü il avqustun 11-də Siyəzən şəhərində anadan olub. O, 1991-ci ildə sözügedən məktəbi bitirib. N.Əsədov 1994-cü il yanvarın 5-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub./Oxu.az/
İlhamə Əbülfət
www.yenicag.az