!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhidin adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO

!Reklam – Yazi

Siyəzən şəhəri, Gənclik qəsəbəsi, şəhid Nazim Əsədov adına 4 saylı məktəb qəzalı vəziyyətə düşüb.

Yenicag.az xəbər verir ki, valideynlər uşaqlarının yararsız vəziyyətdə olan məktəbdə oxumalarından ciddi narahatdırlar.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən bildirilib ki, 2023-cü ildə həmin məktəbin sanitar qovşaqlarının təmiri, qapı və pəncərələrinin dəyişdirilməsi, qəzalı hissələrində isə bərpa-gücləndirmə  işlərinin aparılması planlaşdırılıb.

Qeyd edək ki, Nazim Hacı Əzizbala oğlu Əsədov 1974-cü il avqustun 11-də Siyəzən şəhərində anadan olub. O, 1991-ci ildə sözügedən məktəbi bitirib. N.Əsədov 1994-cü il yanvarın 5-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub./Oxu.az/

İlhamə Əbülfət

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv