Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhadətə yüksələn şəhidlərimizə yas saxlayan və onların 40 mərasimi çıxmayana qədər şadyanalıq etməyəcəyini, toy mərasimlərinə qatılmayacağını vəd edən sənətçilərdən bəziləri sözlərinə əməl etsələr də, bəziləri öz çal-çağırlarındadı.
Yenicag.az xəbər verir ki, bu müğənnilərin son paylaşımları şəhidlərlə bağlıdır.
Lalə Məmmədovanın son paylaşımı sentyabrın 27-də şəhidlərimizin anım günündə olub. Müğənni şəhidlərlə bağlı Paylaşımını “Adları qəlbimizdə” şərhi ilə təqdim edib.
Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın sonuncu dəfə sentyabrın 14-də “Başın sağ olsun VƏTƏN” sloqanını paylaşıb.
Müğənni Dilarə Kazımovanın da sonuncu paylaşımı sentyabrın 12-də olub. O, şəhadətə ucalan şəhidlərimizin fotolarını paylaşıb.
Sənətçi fotoları bu misralarla təqdim edib:
“Sənsiz olmaz, yarım olmaz
Sənsiz olmaz, gülüm olmaz.
Sənsiz olmaz, balam olmaz.
Allah şəhidlərimizə rəhmət eləsin!”
Fotoları təqdim edirik:
Qeyd edək ki, əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova da şəhidlərin 40 mərasimi çıxmayana qədər efirə çıxmayacağını vəd edib.
Cəvahir