Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Şəhidlərimiz qanları ilə bizə Vətən hədiyyə etdilər" - Hulusi Kılıç

Reklam: Sinerji Pro

“27 sentyabr Qafqazda sülhün, ədalətin, hüzurun bərpa edildiyi tarixdir”

Bu fikirləri Vətən Müharibəsi şəhidlərinin Anım Günü ilə bağlı danışan Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç Yenicag.az-a açıqlamasında deyib.

Hulusi Kılıç bu tarixin Azərbaycan və Türkiyə qardaşlığının zirvəyə çatdığı gün olduğunu bildirib:

“27 sentyabr Qafqazda sülhün, ədalətin, hüzurun bərpa edildiyi tarixdir. Bu tarix bölgə tarixinin yenidən yazıldığı gündür. 27 sentyabr Prezident İlham Əliyevin liderliyini bütün dünyaya göstərdiyi tarixin başlanğıcı, Türkiyə-Azərbaycan qardaşlığının zirvəyə çatdığı gündür. Bu gün can Azərbaycan Ordusunun erməniləri diz çökdürdüyü prosesin başlanğıcıdır. Prosesdə ermənilərin nə qədər aciz olduğunu, Rusiyaya əl açdığını gördük. 27 sentyabr Qafqazın incisi – Şuşaya gedən yolun ilk addımlarının atıldığı gündür. Bu gün bir milyondan çox qaçqın və məcburi köçkünün evlərinə dönmə ümidinin dirildiyi gündür. Məhz bu tarixdən etibarən türk xalqı Azərbaycanla bir ürək oldu, birləşdi. Bir daha 27 sentyabr Ali Baş Komandanın yürütdüyü siyasətin pik həddidir.

Azərbaycan və Türkiyə bir dövlət kimi hərəkət etdi, Azərbaycanın modern ordusu olduğunu, düşməni ağ bayraq qaldırmağa məcbur etdiyinin şahidi olduq”.

Sabiq səfir şəhidlərin bizə Vətən hədiyyə etdiyini vurğulayıb:

“Bayraqları bayraq yapan üstündəki qandır / Torpaq – əgər uğrundə ölən varsa, vətəndir!. Üç minə yaxın şəhidimiz öz qanları torpağı sulayıb onu vətən etdilər. Şəhidlərimizin qanı bizə vətən hədiyyə etdi.

Sizin vasitənizlə bir daha şəhidlərimizi rəhmətlə anır, qazilərimizə sağlıq, şəhid ailələrinə səbir diləyirəm”.

Aqil Bəkir

www.yenicag.az

460
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100