Reklam

Reklam

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aprel döyüşlərinin tank komandiri: Şəhidliyin Rahim Tağıyev zirvəsi” adlı qısametrajlı sənədli film çəkib.

Yenicag.az xəbər verir ki, Qafqazın ən böyük xəbər kanalı olan “ARB24”-ün texniki dəstəyi ilə reallaşan layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rahim Tağıyevlə bağlı sənədli film çəkərək onu gənclər arasında təbliğ etməkdən ibarətdir.

Layihə çərçivəsində çəkilən sənədli film Binəqədi Gənclər Evində təqdim olunub.

Təqdimatı giriş sözü ilə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov açaraq aprel şəhidlərinin həyatını əbədiləşdirəcək ekran əsərlərinin yaradılmasının vacib olduğunu deyib. E.Aslanov, eyni zamanda, Binəqədi rayonunda şəhidlərlə bağlı mütəmadi olaraq müxtəlif layihələrin reallaşdırıldığını qeyd edib.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmisi Şəmsi Gülverdiyev çıxış edərək bu kimi layihələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını deyib. Ş.Gülverdiyev Binəqədi rayonunda yaşayan şəhid ailələrinin daima rayon rəhbərliyinin diqqətində olduğunu qeyd edib.

ASGA sədri Səbuhi Abbasov çıxışında layihənin məqsədindən danışıb: “Layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rəhim Tağıyevlə bağlı sənədli film çəkərən onu gənclər arasında təbliğ etməkdən ibarətdi. Biz aprel döyüşlərində igid əsgərlərimizin şücaətini paytaxt və region gəncləri arasında təbliğ etməyi qarşıya əsas hədəf kimi qoymuşuq. ASGA olaraq aprel döyüşlərində qəhrəmancasına şəhid olan hər bir əsgərimizin cəmiyyətdə tanıdılmasının tərəfdarıyıq. Bu mənada təklif etdiyimiz layihə Fondun bütün komissiya üzvləri tərəfindən müsbət qarşılandı. Mən bir daha Gənclər Fonduna və ARB24 rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Binəqədi rayin icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm”.

Məlumat üçün qeyd edək ki, bu ASGA-nın efir üçün hazırladığı sayca 3-cü peşəkar sənədli filmdir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1216
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."