FİDE şahmatçıların oktyabr ayı üçün dünya reytinqini dərc edib.
Yenicag.az xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.
Bir pillə geriləyən qrosmeysterimiz 2733 xalla 18-ci pillədə qərarlaşıb. Teymur Rəcəbov (2700) 31-ci pillədə qalıb. 10 pillə irəliləyən Rauf Məmmədov (2643) 90-cı pillədə yer alıb. 2637 xalı olan Aydın Süleymanlı isə 100-cü yerə yüksəlib.
Cədvələ 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edib.
Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. O, bir pillə geriləyib və 2426 xalla 34-cüdür.
yeri tutub. 8 pillə irəliləyən Gövhər Beydullayeva (2402) 45-ci, bir addım irəliləyən Ülviyyə Fətəliyeva (2383) isə 67-ci pillələrdə qərarlaşıb. Xanım Balacayeva (2362) 21 pillə geriləyərək 83-cü olub.
Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.
www.yenicag.az