Reklam: High Technic
hightechnic

“Səhv etdiyimi düşünmürəm” - Qurban Qurbanov

Reklam: Sinerji Pro

UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün Baki Olimpiya Stadionunda keçirilən Azərbaycan – Kosovo oyunundan sonra hər iki milli komandanın baş məşqçisi fikirlərini bölüşüb.

Yenicag.az xəbər verir ki, onlar 0:0 hesabıyla bitən matçdan sonra bunları söyləyiblər.

Qurban Qurbanov (Azərbaycan milli komandasının baş məşqçisi): “Ağır oyun oldu. Əslində, bunu gözləyirdik. Rəqibin fərdi oyun keyfiyyətləri ilə seçilən futbolçuları vardı. Birinci hissə çətin oldu. Hər iki komandanın ehtiyatlı oynadığı hiss olunurdu. Ancaq ikinci hissə fərqli keçdi və futbolçularımız daha məsuliyyətli idi. Oyun nizam-intizamından razı qaldım. Heyətlə bağlı səhv etdiyimi düşünmürəm. Hazır olan futbolçulara şans verdim. Bəzi problemlər var ki, onları aradan qaldırmalıyıq. Xüsusilə də futbolçular oyun təcrübəsini artırmalı, daha yaxşı çempionatlarda çıxış etməlidirlər.

Üç gündən sonra bizi səfərdə növbəti oyun gözləyir. Həmin qarşılaşmaya hazır olmaq üçün maksimum çalışmalıyıq”.

Bernard Şalland (Kosovo milli komandasının baş məşqçisi): “İki fərqli tərzdə komanda oynadı. Düzdür, Azərbaycan millisi topla daha çox oynayırdı. Ancaq elə də təhlükəli vəziyyət yarada bilmədi. Riçard Almeyda kimi güclü yarımmüdafiəiçiniz var. Yaxşı müdafiə oluna bildik. Ancaq hücum xəttimizdən heç də razı deyiləm. Topu çox gecikdirirdik. Ancaq bilirəm ki, bundan daha yaxşısnı edə bilərik. Çünki komandamızın gücünü bilirilk. Oyunun nəticəsindən narazı deyiləm”.

www.yenicag.az

399