Şəkidə müəllimin başı şagirdlərinin qarşısında kəsildi

media-hightechnic-468x90

52131Şəkidə orta məktəb müəlliməsi şagirdlərin gözü qarşısında qanına qəltan edilib.
Məlumata görə, hadisə ötən gün baş verib.

Belə ki, 38 yaşlı Validə Zamanova dərsə gedərkən keçmiş həyat yoldaşı Vüqar tərəfindən hücuma məruz qalıb. Kişi qadını bıçaqlayıb. Onu yerə yıxıb, daha sonra keçmiş həyat yoldaşı müəllimənin boğazını kəsib.

Bu hadisə məktəbin həyətində baş verib. Müəllimənin şagirdləri və digər müəllimlər haraya yetişiblər. Onlar Vüqarı zərərsizləşdiriblər.

Qeyd edək ki, Validə Zamanova ilə Vüqar ailəli olub. Onların bu nikahdan bir qızları var. Onlar arasında narazılıq yaranıb və boşanıblar. Boşanan zaman kişi qadını döyüb. Bu səbəbdən də, müəllimə polisə şikayət edib. Həyat yoldaşını döydüyü üçün kişi həbs edilib. Onun bu yaxınlarda həbsdən çıxdığı bildirilir

Keçmiş arvadını bıçaqlayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 9anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600