Səməd Vurğunun Leninə həsr etdiyi naməlum pyes

media-hightechnic-468x90

gfhhggjhXalq şairi Səməd Vurğunun şeir və poemaları ilə yanaşı, bir neçə mənzum dramları var. Onun 1937-ci ildə qələmə aldığı “Vaqif” pyesi Azərbaycan teatr səhnəsində ən çox tamaşaya qoyulan əsər kimi rekorda imza atıb. “Vaqif”lə bərabər Səməd Vurğunun dramaturgiyasında altı mənzum pyesin olduğu bildirilir. Həmin pyeslər bunlardır: “Xanlar”, Fərhad və Şirin”, “İnsan”, “iki sevgi”, “Şairin həyatı”.

1960-cı ildə “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunan Səməd Vurğunun Leninə həsr etdiyi “Böyük dostluq” adlı mənzum pyesi nədənsə şairin “Seçilmiş əsərləri”nə daxil edilməyib. O vaxtdan 54 il keçib. Pyes isə sonradan Səməd Vurğunun yaradıcılığından silinib. Nə orta məktəb, nə də ali məktəb dərsliklərində Səməd Vurğun yaradıcılığında belə bir pyesin varlığı vurğulanır.

Maraqlı məqam ondan ibarətdir ki, S. Vurğun pyesi vəfatına yaxın bir zamanda yazdığından onu tamamlaya bilməyib. O dövrün rəsmi ədəbi-mədəni qəzetində pyesdən bir parça təqdim olunmaqla yanaşı onun barəsində məlumat da verilir: “Xalq şairi Səməd Vurğun son illərdə yeni bir mənzum pyes – bəşəriyyətin dahi rəhbəri V.İ. Leninin həyatı, Birinci Dünya müharibəsi və Böyük Oktyabr Sosialist inqilabı ərəfəsində kommunist partiyasının mübarizə fəaliyyətindən bəhs edən “Böyük dostluq” pyesini yazmağa başlamış lakin çox təəssüf olsun ki, bu əsəri tamamlaya bilməmişdir.

Şairin arxivindən pyesin yalnız 7 şəkli tapılmışdır. Bu şəkildə cərəyan edən hadisələr bilavasitə Leninin həyatı və inqilabi fəaliyyəti haqqındadır. Əldə edilən materiallar göstərir ki, Səməd Vurğun bu əsərdə Leninin rəhbərlik etdiyi bolşeviklər partiyasının şanlı mübarizəsi və Lenin milli siyasətinin ən başlıca məqsədini – xalqlar dostluğu məsələsini qələmə almaq istəmişdir“.

Qeydlərdən də məlum olur ki, hələ tamamlanmayan pyes S. Vurğunun heç bir kitabına daxil edilməyib. Sonradan da “yumşalma dövrü” başlandığından bu yarımçıq Lenin pyesi kimsənin yadına düşməyib. Pyesin pərdəsi bu cür təsvirlə başlayır:

“Petrovun evi. Lenin pəncərəni açır, Nevanı seyr edir. Onun açıq alnında, saf üzündə elə bil səhər açılır.

Lenin: Rusiya! Rusiya! Ah ana vətən

Nə qədər sevirəm səni ürəkdən!

Nələr, nə arzular keçir qəlbimdən

Varlığım od tutur min bir diləklə.

Sən bütün dünyanın ilk baharısan

Nə qədər təmizdir, safdır ürəyin!

Görürəm sən əzəl bayraqdarısan

Günəşli gündüzlü bir gələcəyin!

Budur kommunizmin zəfər bayrağı

Neva sahilində dalğalanır bax!

Yaxındır dünyanın qurtuluş çağı

Orda nə zindan var, nə qorxu, nə qan

Nə də çörək dərdi çəkir bir insan”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600