Azərbaycan və Qazaxıstan etnomediasiya sahəsində əməkdaşlığı inkişaf etdirir - VİDEO

media-hightechnic-468x90

Qazaxıstan Xalqları Assambleyasının Manqıstau üzrə mediasiya şurasının nümayəndələri Azərbaycanla təcrübə mübadiləsi ilə bağlı Bakıda bir sıra görüşlər keçiriblər.

Qazaxıstan Xalqları Assambleyası Şurasının sədr müavini Gülmaydan Urozbayeva Yenicag.az-a bildirib ki, ölkəsində etnomediasiya 2022-ci ildən inkişaf etdirilir, dövlət başçısının xüsusi diqqət mərkəzindədir.

O qeyd edib ki, bu istiqamətdə Azərbaycanla təcrübə mübadiləsi aparmaq, birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək əsas məqsədlərdəndir:

“Biz birgə əməkdaşlıqla etnik zəmində baş verə biləcək hər hansı münaqişənin qarşısını ala bilərik. Öyrənmək istərdik ki, Azərbaycanda bu sahədə narahatlıq olarkən necə həll olunur”.

Etnomediasiyanın yeni bir istiqamət olduğunu vurğulayan G. Urozbayeva qeyd edib ki, qonşu ölkələrlə təcrübə mübadiləsi olduqca vacibdir:

“Etnomediasiyanın məqsədi etnik zəmində baş verən münaqişələrin həllindən daha çox belə bir halların baş verməməsi üçün preventiv tədbirlərin görülməsidir”.

Qazaxıstanın Manqıstau vilayəti Analar Şurasının sədri Amangül Cailxanova Yenicag.az-a bildirib ki, Azərbaycana səfər çərçivəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ilə görüş məhsuldar müzakirə ilə yadda qalıb. O qeyd edib ki, həmçinin TÜRKPA-da keçirilən görüş zamanı qurumla etnomediasiya strukturu arasında gələcək əməkdaşlıq müzakirə olundu.

“Biz Bakıda həmçinin ADA universitetində təhsil alan Qazaxıstanlı tələbələrlə görüş keçirdik. Onlar Azərbaycandakı təhsildən çox razıdırlar və magistratura, doktorantura pilləsində də təhsillərini davam etdirmək istəyirlər.

O qeyd edib ki, Bakı 9 saylı mediasiya təşkilatında görüş zamanı iki ölkənin mediasiya institutları, fərqli və oxşar cəhətləri, eyni zamanda təcrübə mübadilələri şərtləri müzakirə olunub.

Mangistau Vilayəti Xalq Komissarları Məclisinin üzvü Tağı Tağıyev isə Yenicag.az-a bildirib ki, nümayəndə heyətinin Azərbaycanda keçridiyi görüşlər iki ölkə arasında münasibətlərin inkişafına xidmət edib:

“Görüşlər zamanı ikitərəfli əməkdaşlıq müzakirə olundu. Hər bir görüş sülh və əminamanlığa xidmət edir, sülh olan yerdə birlik olacaq”.

Daha ətraflı videomüsahibələrdə:

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa