Şəmkirdə 10 otaqlı evdə yanğın oldu

media-hightechnic-468x90

Şəmkir rayonu, Dəllər qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus hər mərtəbəsi 360m² olmaqla ümumi sahəsi 720m² olan ikimərtəbəli on otaqlı evin 1-ci mərtəbəsində üç otağın yanar konstruksiyaları 210m² sahədə yanıb. Evin böyük hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa