Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəmkirdə taxıl sahəsi qəsdən yandırılıb?

Şəmkir rayonunda taxıl sahəsində yanğın olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. Kənd sakini Raməddin Məmmədova məxsus ümümilikdə, 4 hektar biçilməmiş taxıl sahəsinin 2 hektarı yanıb.

Hadisə zamanı 17 meyvə ağacı da yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə Xidmətindən 1, Şəmkir Rayon Yanğından Mühafizə Xidmətindən isə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Zərərçəkən Raməddin Məmmədov taxıl sahəsinin yandırıldığını iddia edib. Yanğının baş vermə səbəbini müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilib.

Loading...

www.yenicag.az

1136
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100