Şəmsəddin Kuzəçi Əflatun Amaşov ilə görüşdü - FOTO

media-hightechnic-468x90

İraq Türkman Jurnalistlər Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçi ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov görüş keçirib.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan və İraq mətbuatı arasında əlaqələrin qurulması, münasibətlərin inkişafı müzakirə edilib.

Əflatun Amaşovla Şəmsəddin Kuzəçinin görüşü zamanı iki ölkə mətbuatının əlaqələrinin yaranması üçün birgə addımların atılmasının vacibliyi vurğulanıb.

Görüşdə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və İnterpress.az saytının baş redaktoru Toğrul Allahverdili də iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600