Yaxın Şərqdə nüvə şahmatı: “Ağ Ev Tehrana zərbə vurur, Riyadı şirnikləndirir”

media-hightechnic-468x90

 

media-banner_tkm

“ABŞ tərəfindən İranla Səudiyyə Ərəbistanına fərqli münasibətin əsasında nüvə texnologiyasından daha çox “rəqib və müttəfiq” bölgüsü dayanır.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

media-3718a1c0-6318-45fa-a887-a91a35b45df9

Politoloq Amerikanın Səudiyyə Ərəbistanı ilə nüvə sazişinə imza atması haqqında danışaraq bunu ikibaşlı siyasət adlandırıb:

“ABŞ-nin İranla nüvə məsələsində sərt mövqe tutub Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığına getməsinin əsas səbəbi proqramların texniki mahiyyətindən daha çox, ölkələrin Vaşinqtonla siyasi münasibətləridir. ABŞ İranın uranın yüksək səviyyədə zənginləşdirilməsini, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığının məhdudlaşdırılmasını və regional silahlı qruplara dəstəyini nüvə silahı əldə etmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirir. Səudiyyə Ərəbistanı isə ABŞ-nin uzunmüddətli strateji tərəfdaşı, böyük silah alıcısı və enerji bazarında mühüm aktordur. Buna görə Vaşinqton Riyadın nüvə proqramını ABŞ texnologiyası, təhlükəsizlik mexanizmləri və müəyyən nəzarət çərçivəsində saxlamağın daha məqsədəuyğun olduğunu düşünür. İmzalanmış sənəd rəsmi olaraq dinc nüvə energetikasına aid olsa da, Səudiyyə Ərəbistanına gələcəkdə nüvə yanacağı dövriyyəsi və uranın zənginləşdirilməsi üçün hüquqi imkan yarada biləcəyi barədə ciddi narahatlıqlar var.”

Z. Qarayeva düşünür ki, əslində Trampın İrana qarşı nüvə səbəbindən başlatdığı əməliyyatların əsas məqsədi fərqli olub:

“Razılaşmanın məhz İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatların aparıldığı dövrdə imzalanması ABŞ siyasətində açıq ikili standart təsəvvürü yaradır. Vaşinqton bir tərəfdən İranın zənginləşdirmə imkanlarını regional təhlükə adlandırır, digər tərəfdən isə eyni texnologiyaya maraq göstərən müttəfiqinə daha yumşaq şərtlər təklif edir. Burada məqsəd yalnız elektrik enerjisi istehsalı deyil; ABŞ Səudiyyə Ərəbistanını Çin və Rusiyanın nüvə texnologiyalarından uzaq tutmaq, milyardlarla dollarlıq müqavilələri Amerika şirkətlərinə qazandırmaq və Riyadı İsraillə normallaşmaya təşviq etmək istəyir. Lakin Səudiyyə rəhbərliyinin İran nüvə silahı əldə edərsə, krallığın da eyni addımı atacağına dair əvvəlki bəyanatları bu razılaşmanın gələcəkdə Yaxın Şərqdə nüvə yarışını sürətləndirə biləcəyi riskini artırır. Deməli, İranla Səudiyyə Ərəbistanına fərqli münasibətin əsasında nüvə texnologiyasından daha çox “rəqib və müttəfiq” bölgüsü dayanır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05