Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Sən öl" vurdu, mən də bıçaqladım" - VİDEO

Abşeronda kafedə yeyib-içdikdən sonra tanımadığı şəxsə qarşı quldurluq edən bir nəfər tutulub.

Yenicag.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsindəki kafelərdən birində baş verib. Zaur Əhmədov kafedə yeyib içərkən başqa masada əyləşən Rahim Mustafayevlə tanış olub. Zaur Əhmədov adını belə soruşmadığı şəxslə yeyib-içərkən qəfildən mübahisə edib. Mübahisə zamanı Zaur Əhmədov bıçaqla onun bud nahiyyəsinə xəsarət yetirib, cibində olan 126 manat pulu götürüb qaçıb.

Yaralı Rahim Mustafayev dərhal şahidlər tərəfindən xəstəxanaya aparılıb. Polis əməliyyat-axtarış tədbirləri ilə quldurluq cinayətini törətməkdə şübhəli bilinən Zaur Əhmədovu saxlayıb. O, törətdiyi cinayəti etiraf edib.

Əvvəllər də iki dəfə müxtəlif cinayətlər törətmiş, amma məhkəmənin qərarı ilə şərti azadlığa buraxılmış Zaur Əhmədov deyib ki, bu əməlini törətməsinə səbəb yeni tanış olduğu Rahim Mustafayevin ona yalan danışması olub.

Faktla bağlı Zaur Əhmədov barəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb.Abşeron polisi rayon ərazisində mənzildən oğurluq edən şəxsi də tutub. Xırdalan şəhər sakini Zülfüqar Əhmədov polisə məlumat verib ki, evdə olmadıqları vaxt mənzilindən 5 min manat dəyərində qızılları oğurlanıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi əvvəllər məhkum edilmiş Ruslan Əzimovu saxlayıb. Həmin vaxt maddi sübutların bir qismi də ondan aşkar edilib.

Bu fakta görə Ruslan Əzimov barəsində Abşeron rayon polis idarəsində cinayət işi başlanıb. Onun başqa cinayətlərinin olub olmaması araşdırılır.

www.yenicag.az

6988
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS