"Sənədsiz ev" PROBLEMİ: Mülkiyyət hüququnun yanınması yolları AÇIQLANDI

media-hightechnic-468x90

“Əgər vətəndaşın heç bir qeydiyyatı yoxdursa, məsələnin həlli üçün ilk növbədə məhkəməyə müraciət edilməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında əmılak eksperti Ramil Qasımzadə deyib.

media-resize-18

O, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilməyən və qeydiyyatı olmayan vətəndaşların bu məsələni necə həll edəcəyindən danışıb.

Ekspert bildirib ki, hər hansı bir mənzildə yaşamaq və kommunal ödənişləri öz adına etmək həmin yerin onun mülkiyyətində olduğu demək deyil.

“Paytaxtda bəlkə də milyona yaxın fərdi yaşayış evi var. Lakin onların mülkiyyət hüquqları tanınmır. Bunlar əsasən özbaşına tikilmiş, illərlə inşası aparılmış və dövlət, yaxud bələdiyyə torpaqlarında, eləcə də digər müəssisə, təşkilatların və xüsusi şəxslərin torpaq sahələrində inşa edilmiş fərdi yaşayış evləridir.

Vətəndaş hər hansı bələdiyyə torpağını zəbt edib onun üzərində ev tikə və illərlə orada yaşaya bilər. Lakin bu, həmin yer üzrə mülkiyyət hüququnun mövcud olması demək deyil. Mülkiyyət hüququnun tanınması üçün vətəndaş ilk növbədə həmin torpağın mülkiyyətini ya dövlətdən, ya da bələdiyyədən alqı-satqı yolu ilə əldə etməlidir. Bundan sonra fərdi yaşayış evinin tikintisi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarından razılıq almalı, yalnız bundan sonra tikinti işlərini həyata keçirə bilər. Kommunal xətlərin çəkilməsinə də yalnız bundan sonra başlanılır.

İllərdir bu problem mövcuddur. Lakin kommunal xidmətlərin vətəndaşın adına rəsmiləşdirilməsi də həmin evin mülkiyyətinin ona məxsus olması anlamına gəlmir. Bu səbəbdən qeydiyyata düşmək üçün mütləq həmin evə dair mülkiyyət sənədi olmalıdır. Mülkiyyət sənədi olduqdan sonra həmin ünvanda qeydiyyat mümkündür.

Bəzən vətəndaşlar polisə müraciət edib evdə yaşadıqlarına dair sübutlar təqdim etməklə qeydiyyata düşə bilirlər. Lakin qeydiyyata düşmək həmin yerin mülkiyyətçisi olmaq demək deyil. Bu məqam nəzərə alınmalıdır.

Əgər vətəndaşın heç bir qeydiyyatı yoxdursa, məsələnin həlli üçün ilk növbədə məhkəməyə müraciət olunmalıdır. Məhkəmə tərəfindən müvafiq qərar verildikdən sonra qeydiyyat ünvanı müəyyən edilir. Daha sonra polis orqanlarında qeydiyyat rəsmiləşdirilir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa