ABŞ Ali Məhkəməsi Trampın vətəndaşlıq fərmanını etibarsız saydı

media-hightechnic-468x90

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın doğum əsasında vətəndaşlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan fərmanını etibarsız elan edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, məhkəmədə altı hakimdən beşi doğum əsasında vətəndaşlıq hüququnun ABŞ Konstitusiyası ilə təmin olunduğunu təsdiqləyib. Digər hakim isə bu hüququn konstitusion şərhi ilə razılaşmasa da, fərmanın federal qanunvericiliyə zidd olduğunu əsas gətirərək onun etibarsız hesab edilməsinə səs verib.

Xatırladaq ki, Donald Tramp sözügedən fərmanı 20 yanvar 2025-ci ildə andiçmə mərasimindən sonra imzalamışdı. Sənəd ABŞ-də doğulan, lakin valideynləri ölkədə qanunsuz yaşayan uşaqlara vətəndaşlıq verilməməsini nəzərdə tuturdu. Eyni zamanda, anası ölkədə müvəqqəti əsaslarla – vizasız rejim, təhsil, iş və ya turizm vizası ilə olan, atası isə ABŞ vətəndaşı və ya daimi yaşayış icazəsi sahibi olmayan yeni doğulan uşaqların da vətəndaşlıq ala bilməyəcəyi göstərilirdi.

Tramp fərmanı imzalayarkən bildirmişdi ki, doğum əsasında vətəndaşlıq hüququ əvvəlcə köləlikdən azad edilmiş şəxslərin övladlarının müdafiəsi üçün nəzərdə tutulub və bu norma başqa məqsədlər üçün tətbiq edilməməlidir.

Qeyd edək ki, doğum əsasında vətəndaşlıq hüququnu təsbit edən ABŞ Konstitusiyasına 14-cü düzəliş 1861–1865-ci illər Vətəndaş müharibəsindən sonra qəbul olunub və 1857-ci ildə afroamerikalıların vətəndaşlığını rədd edən Ali Məhkəmə qərarını faktiki olaraq qüvvədən salıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05