Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Sənin üçün ölüb, bizim üçün ölməyib” videosuna MSK-dan MÜNASİBƏT

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sosial şəbəkələrdə yayılan “Sənin üçün ölüb, bizim üçün ölməyib” videogörüntüsü müzakirə edilib.

Yenicag.az xəbər verir ki, iclasda həmin dairə üzrə namizəd Ramin Göyüşovun şikayəti barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, videogörüntü 107 saylı Qazax seçki dairəsində qeydə alınıb.

MSK üzvü qeyd edib ki, həmin videoda öldüyü deyilən vətəndaş ölməyib: “Sadəcə həmin şəsx bir neçə müddət bundan əvvəl rayondakı evindən övladını götürərək Bakıya köçüb. Videonu çəkən şəxs həmin qadının öldüyünü məcazi mənada deyib. Biz həmin görüntüləri araşdırıb və bir neçə mənbədən təsdiqləmişik ki, həmin qadın həyatdadır”.

www.yenicag.az

400