SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına hücum etdi

media-hightechnic-468x90

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına qarşı genişmiqyaslı raket və dron hücumları həyata keçirib.

media-banner_tuq

Yenicag.az TASS agentliyinə istinadən xəbər verir ki, SEPAH Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən iki mühüm hərbi obyektİ hədəfə alıb.

“BƏƏ-dəki “Əl-Dəfra” və Bəhreyndəki “Əl-Cufayr” bazalarında Amerika hərbi qulluqçularının cəmləşdiyi nöqtələr raketlər və hücum dronları ilə uğurla vurulub”, – deyə SEPAH-ın bəyanatında bildirilib.

Xatırladaq ki, BƏƏ Müdafiə Nazirliyi bu gün səhər saatlarından etibarən ölkə səmasında 8 ballistik raket və 26 dronun zərərsizləşdirildiyini təsdiqləyib. Daha 9 dronun ölkə ərazisinə, bir raketin isə dənizə düşdüyü qeyd olunub./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05