Separatçılar Putini dinləmədilər
Ukraynanın şərqindəki Rusiya meyilli separatçıları Putinin mayın 11-də keçirilməsi gözlənilən referendumu təxirə salmaqla bağlı çağırışına uymayacaklarını açıqlayıblar.
Onlar elan edilən vaxtda Ukraynanın Donetsk və Lugansk şəhərlərində referendumun keçiriləcəyini bir daha bəyan ediblər.
Xatırladaq ki, ABŞ və AB-nin təzyiqi nəticəsində Rusiya Prezidenti Vladimir Putin Rusiya tərəfdarı olan və özlərini “Cənub-Şərqi Ordusu” adlandıran separatçılara müraciət edərək referendumu təxirə salmalarını istəmişdi(axar.az)