!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların müharibə çağırışlarına REAKSİYA: "Azərbaycan bu halda antiterror əməliyyatı keçirəcək" - ŞƏRH

!Reklam – Yazi

“Separatçı rejim dinc yolla məsələnin həllinə mane olsa, Azərbaycan cəza tədbirlərindən istifadə edəcək”.

Bu fikri separatçıların yenidən müharibə çağırışları və Azərbaycanın əlində olan rıçakları dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, rəsmi Bakı separatçı rejimlə danışıqlar aparmamalıdır:

“Moskva görüşündə Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi gördüyünü dilə gətirdi. Azərbaycanın Prezidenti İlham Əliyev bəyan etdi ki, qan tökülmədən məsələni həll etmək istəyir. Azərbaycan Prezidenti hətta onu da bildirdi ki, qondarma rejimin vəzifəliləri hamısı istefa versə, onların əfv olunma məsələsinə də bağıla bilər.

Araik Arutunyan bəyan edib ki, Bakı onlarla danışmalıdır. Xeyr, rəsmi Bakı onlarla danışmalı deyil. Yalnız Azərbaycanın tələbləri yerinə yetirildikdən sonra onlarla hansısa danışıq aparmaq olar. Əgər bunlar baş tutmasa, Qarabağda antiterror əməliyyatı keçirmək olar. Hesab edirəm ki, bu məsələ öz həllini tapacaq. Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya məsələsi həll olunmayıb. Azərbaycan öz hakimiyyətini Qarabağda qurmağa çalışır və bunun olacağı gözləniləndir.

Əgər separatçı rejim hansısa əks addımlar atsa, Azərbaycan cəza tədbirlərindən istifadə edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv