Serbiya bu ilin sonunadək Aİ-yə üzvlüklə bağlı proseduru yekunlaşdırmaq niyyətindədir
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin məqsədinin 2026-cı ilin sonunadək Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı bütün meyarları yerinə yetirmək olduğunu qeyd edib.
Yenicga.az “Tanjug” agentliyinə istinadən xəbər verir ki, Vuçiç bunu Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Bruner ilə görüşündə deyib.
O, söhbət zamanı Aİ-yə üzvlüyün Serbiyanın strateji seçimi və ən mühüm xarici siyasət prioritetlərindən biri olaraq qaldığını vurğulayıb.
“Genişlənmə siyasətinin aydın, proqnozlaşdırıla bilən və etibarlı bir proseslə birlikdə Avropa təsisatlarının və üzv dövlətlərin gündəmində yüksək yer tutması bizim üçün həlledici əhəmiyyət kəsb edir”, – Serbiya Prezidenti bildirib.













