Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç iyunun 15-də ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Serbiya Prezidentini səfərdə həyat yoldaşı və dövlət nümayəndə heyəti müşayiət edəcək.
Gürcüstan Prezident sarayında Serbiya dövlətinin başçısının rəsmi qarşılanma mərasimi olacaq. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Aleksandr Vuçiçlə təkbətək görüş keçirəcək və tərəflər ikitərəfli əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.













