Sərhədçilər bir-birini gülləbaran etdi
Qırğızıstan Respublikasının Dövlət Sərhəd Xidməti qonşu Tacikistan sərhədçilərinin minamyot və pulemyotlardan atdıqları atəşə məruz qaldıqlarını bildirib.
İnsindent təmas xəttindəki qırğızlara məxsus “Tamdık” sərhəd məntəqəsində baş verib. Xidmətdən həmçinin bildirilib ki, qarşı tərəf bütün beynəlxalq norma və qaydaları ayaqlar altına ataraq, belə insindentə rəvac verib.
Hadisə yerinə hər iki ölkənin müvafiq qurumlarının yüksək ranqlı rəsmi şəxsləri gəliblər. Hazırda tərəflər baş verəcək istənilən hadisəni nəzarətdə saxlamağa hazır olduqlarını bildiriblər. İnsindentin səbəblərinə gəlincə, bildirilir ki, belə hadisə birinci dəfə deyil. Cari ilin yanvar ayının 11-də baş vermiş analoji atışma zamanı 6 nəfər güllə yarası alıb. Ekspertlər bü cür halların baş verməsinin kökündə həmçinin iki ölkə arasındakı 900 km sərhəddin üçdə ikisinin delimitasiyasının illərdir həll olunmaması ilə izah edirlər. Sərhəddə yaxın ərazilərdə də aparılan istənilən inşaat, tikinti işləri neqativ hallara gətirir.