!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəddə erməni təxribatı: "Azərbaycan atəşkəsin çox pozulduğu istiqamətlərdə..." - Hərbi ekspert

!Reklam – Yazi

“Ermənistan tərəfi tank və toplardan istifadə edərək hücuma keçdi və layiqli cavabını aldı. Azərbaycan tərəfinin atdığı addımlar tamamilə qanunauyğundur”.

Bu fikri Azərbaycan-Ermənistan dövlət sərhəddində baş verən son proseslərə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, bir ildən çoxdur nə Rusiya, nə Ermənistan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmir:

“Bu səbəbdən nəinki Zəngəzur koridoru açıldı, region dövlətləri bu yoldan istifadə etdi, bizim hətta Kəlbəcər rayonuna getməyimiz erməni tərəfinin əhval-ruhiyyəsindən asılıdır. Baxmayaraq ki, bu müddət ərzində Laçın dəhlizi ermənilərin daim ixtiyarındadır. Ora nəzarət etmirik. Bütün bunların əvəzi olaraq daima biz ermənilərin, xüsusilə Kəlbəcər istiqamətində atəşkəsi pozmasının şahidi oluruq. Həmçinin son olaraq Şuşa postu yaxınlığında Rusiya sülhməramlılarının məntəqəsinin arxasında gizlənən erməni terrorçusunun əsgərlərimizə qumbara atmağının şahidi olduq. Görünür ki, bu, xüsusi hazırlanmış terror aktıdır. Həmin şəxs qumbaranı atdıqdan sonra heç yerə qaçmadı, məntəqənin arxasında gizləndi, ruslar ona yaxınlaşan kimi əllərini qaldırdı, təslim oldu və onların müşayiəti ilə hadisə yerini tərk etdi. Daha sonra həmin terrorçu ermənilərə təhvil verildi. Azərbaycan tərəfi buna adekvat addım atmaq zorunda qaldı. Yəni atəşkəsin çox pozulduğu istiqamətlərdə öz mövqelərini möhkəmləndirdi. Ermənistan tərəfi isə bütün dünyaya bəyan etdi ki, Azərbaycan ərazimə müdaxilə edib.

Azərbaycan tərəfi dəfələrlə erməni mövqelərini bir sillə vurmadan belə götürüb. Bu dəfə isə erməni tərəfi ağır artilleriyadan, texnikadan istifadə edərək hücum etdi. Halbuki bu məsələləri rahat həll etmək olar. Bunun üçün sülh sazişi şərtdir. Ermənistan tərəfi tank və toplardan istifadə edərək hücuma keçdi və layiqli cavabını aldı”.

Sərhəd məsələsinin təstiq edilməsinə gəldikdə isə hərbi ekspert bunları deyib:

“Sərhəd məsələsi, Putinin də dediyi kimi, 1902-ci ilin xəritəsinə əsasən təsdiqlənməlidir. Delimitasiya və demarkasiya məsələləri həll olmadan, “Sərhədimi keçib”, – demək absurddur. Necə ki, qonşu ölkələrlə İran, Rusiya, Türkiyə ilə quru sərhədlərimiz artıq müəyyənləşib. Gürcüstanla 30 faiz qalıb. Bu mövzuda da danışıqlar gedir. Bir-birimizə silah çəkmirik. Ermənistanla isə bu məsələ ümumiyyətlə başlamayıb. Çünki Ermənistan tərəfi Azərbaycan sərhədini tanımaq istəmir. Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Azərbaycanın öz sərhədlərini qorumaq hüququ var. Azərbaycan tərəfinin atdığı addımlar tamamilə qanunauyğundur”.

Səxavət Məmməd

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv