Sərhəddən narkotik keçirmək istəyənlərin sayı artıb

media-hightechnic-468x90

imagesaa34Cari ilin yanvar-aprel ayları ərzində gömrük orqanları tərəfindən 68 012,45 qram narkotik vasitə tutulub.

Yenicag.az azvison.az-a istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,6% çoxdur. Bu müddətdə aşkarlanaraq sərhəddən keçirilməsinin qarşısı alınmış psixotrop maddələrin miqadarında da təxminən eyni səviyyədə artım qeydə alınıb. Bu göstərici illik müqayisədə 42,5% artaraq cari ilin ilk 4 ayı üzrə 82,25 qram təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 74 fakt qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründən 39,6% çoxdur. Bildirək ki, bu müddətdə qaçaqmalçılıq faktları da 30,3% artaraq cari ilin yanvar-aprel ayları üzrə 99-a yüksəlib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600