Sərhədi qanunsuz keçmək istəyənlər saxlanıldı
Qeyri-qanuni yollarla Yunanıstana keçmək istəyən 69 mühacir saxlanılıb.
Yenicag.az xəbər verir ki, saxlanılanlardan 17-si uşaq, 10-u isə qadındır. Hadisə ilə bağlı açıqlama verən polis idarəsindən bildirilib ki, mühacirlər Oresiada bölgəsində Meriç çayındakı bir adada tapılıblar və üzərlərində səyahət haqqında sənət olmayıb.
Qaçaq yollarla Yunanıstana keçməyə cəhd edərkən adaya sığınmağa məcbur qalan mühacirlər sərhəd mühafizə xidməti tərəfindən xilas ediliblər.
Hadisə ilə bağlı cinayət işi açılıb.