Sərnişin THY-yə məxsus təyyarədə uçuş vaxtı intihar etdi

media-hightechnic-468x90

“Türk Hava Yolları”na məxsus təyyarənin sərnişini uçuş vaxtı intihar edib.

Yenicag.az xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.

“Təyyarə havaya qalxdıqdan sonra tualetə daxil olan sərnişinin uzun müddət çıxmadığını görən heyət üzvlərindən biri narahat olub. Qapı sındırılıb, sərnişin çıxarılıb, ilkin tibbi yardım göstərmək istəsələr də, artıq gec olub”, – deyə THY-nin Mətbuat Xidmətindən bildiriblər.
Rəsmi açıqlamaya görə, təyyarə Əlcəzairin paytaxtına məcburi eniş edib. Həkimlər sərnişinin ölümünü təsdiqləyiblər.

Mənbə: Ura.ru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa