!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişinlər Bakıdan ən çox hansı ölkələrə üz tutub?

!Reklam – Yazi

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın beynəlxalq hava limanları təxminən 4,5 milyon sərnişinə xidmət göstərib.

Bu barədə Yenicag.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, bunun 0,5 milyonu oktyabr ayının payına düşüb. Təkcə Heydər Əliyev Beynəlxalq Aeroportunun xidmətindən ötən ay 429 min sərnişin istifadə edib ki, bunun da 370 min nəfərini beynəlxalq reyslərin sərnişinləri olub.

Ay ərzində “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi “Buta Airways” daxili reyslər üzrə 105 min sərnişinə, beynəlxalq reyslər üzrə isə 58 min sərnişinə xidmət göstərib. Bu, beynəlxalq daşımaların 38 %-i deməkdir.

Oktyabrda 27 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm reyslər yerinə yetirib. AZAL və “Buta Airways”i nəzərə almadan, ən çox sərnişini “Aeroflot”, “Turkish Airlines”, “Utair”, “FlyDubai” və “WizzAir” şirkətləri daşıyıb.

Ötən ay Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Ankara, Daşkənd, Ciddə, Təl-Əviv və Şarja şəhərləri daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 252 min sərnişinə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır. Bu ilin iyun ayında hava limanı nüfuzlu “Skytrax World Airport Awards” Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu V dəfə təsdiqləyib. Bu da sənayedə keyfiyyət standartıdır.

Bundan əlavə “Skytrax” Bakının hava limanını ən yüksək “5 ulduz” reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görüb.

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv