Sərnişinlərə şad xəbər - Pulsuz arabalar qoyuldu

media-hightechnic-468x90

Bir müddət əvvəl fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər üçün yüklərin bir yerdən başqa yerə daşınması məqsədiylə arabalar ayrılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Bakı Beynəlxalq Avtovağzalının mətbuat katibi Pərvin Məmmədova qeyd edib. O bildirib ki, bu arabalardan istifadə pulsuz olacaq:

“Sərnişinlərin arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də istifadə edə bilməsi üçün yerinə qoymasını xahiş edirik. Bu halda bütün sərnişinlər xidmətdən rahat şəkildə yararlana bilər. Bir daha qeyd edim ki, yüklərin daşınması üçün nəzərdə tutulan arabalar ödənişsizdir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa