“Şərq ölkələri dünyanın sivilizasiyalı, birqütblü inkişafını istəmirlər” – ŞƏT-lə bağlı BİLİNMƏYƏN NÜANS
“Şanxay Əməkdaşlıq Təşkilatında, çətin ki, azad rəqabət, dövlətlərin bir-birinə etimadı mümkün olsun”.
Bu fikri ŞƏT-in hazırkı mövqeyi, Şərqlə Qərbin rəqabətini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
O, bildirib ki, Asiya birliyi Avropa birliyini üstələyir:
“Çindən sonra da Hindistanın, Cənubi Koreyanın müəyyən qədər güclənməsi Avropa İttifaqı ilə Asiya Birliyi arasında o qədər də xoş olmayan balans yaradır. Nə qədər qəribə də olsa, bu balansda Çinlə Hindistan Avropa Birliyini üstələyir. Buraya hətta İranı da əlavə etmək olar”.
“Şərq ölkələri dünyanın sivilizasiyalı, birqütblü inkişafını istəmirlər. Hindistan Çinlə yeni əlaqələr qurur. Hindistan iqtisadiyyatı sürətlə böyüyür. Şanxay Əməkdaşlıq Təşkilatına müəyyən ümidlə baxırdım. Hesab edirdim ki, Avropa İttifaqı kimi orada da azad ticarət mühiti yaradacaqlar. Görünən odur ki, azad rəqabət, dövlətlərin bir-birinə etimadı mümkün olsun”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd